BRİTANİYADA RUSİYA QIZILININ İDXALINA QOYULAN QADAĞA QÜVVƏYƏ MİNİB

İyulun 21-də Böyük Britaniyada Rusiya qızılının idxalına qoyulan qadağa qüvvəyə minib, dekabrın 31-dən isə RF-dən neft tədarükü qadağan ediləcək.

Böyük Britaniya mediası xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət Departamentinin idxalçılar üçün yayımladığı izahatında deyilir.

“Qızıl idxalına qoyulan qadağa iyulun 21-də qüvvəyə minib, kömür idxalına qadağalar avqustun 10-dan, neft idxalına qadağalar isə dekabrın 31-dən qüvvəyə minəcək”, – deyə məlumatda bildirilir.

Londonun bu məhdudiyyətləri Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə cavab qismində qəbul edilən sanksiyaların bir hissəsi kimi tətbiq olunub.