HAVA NƏQLİYYATI İLƏ SƏRNİŞİNDAŞIMA 2,4 DƏFƏ ARTIB

Yanvar-iyun aylarında hava nəqliyyatı ilə 824,7 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.