Çərşənbə axşamı İranın paytaxtı Tehrandakı Sədabad sarayında iki ölkə prezidentləri İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə ilə İran arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
Bu barədə Rəcəb Tayyib Ərdoğan bildirib.
İran və Türkiyə tranzit daşımaların inkişafı, elmi və mədəni mübadilə, idman, enerji, mədəniyyət, kənd təsərrüfatı və ticarət-iqtisadi mübadilə sahələrində əməkdaşlıq sazişləri imzalayıblar. Sənədləri iki ölkənin bir sıra idarələrinin rəhbərləri imzalayıblar.