“AZƏRSIĞORTA” ASC-NİN DİREKTORLAR ŞURASININ YENİ TƏRKİBİ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının aşağıdakı tərkibi təsdiq edilir:

Direktorlar Şurasının sədri

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.