Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.
Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.