TÜRKİYƏNİN MUĞLA VİLAYƏTİNDƏ BAŞ VERƏN YANĞIN YAŞAYIŞ YERLƏRİNƏ DOĞRU İRƏLİLƏYİR

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşəlik ərazidə baş verən yanğın yaşayış yerlərinə doğru irəliləyir.

Bölgədə əsən güclü külək yanğının genişlənməsinə səbəb olur.

Yanğının söndürülməsi üçün bölgəyə əlavə qüvvələr cəlb olunub. Hazırda yanğının söndürülməsində 7 xüsusi təyyarə və 14 helikopter, həmçinin 90-dan çox yanğınsöndürən texnika, eləcə də 400-ə yaxın canlı qüvvə iştirak edir.

Hadisə yerinə Türkiyənin Milli Müdafiə Nazirliyinin texnikası və canlı qüvvəsi də cəlb olunub.