AVRO 20 İL ƏRZİNDƏ İLK DƏFƏ DOLLARA NİSBƏTDƏ UCUZLAŞIB

Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb.

Birjalarda 1 avro 0,99 dollara bərabər olub ki, bu da ötən günlə müqayisədə 0,4 faiz azdır.

Bu, 2002-ci ilin dekabrından bu günədək avronun ən ucuz göstəricisi olub. Ümumilikdə, 2022-ci il ərzində avro 10 faizdən çox dəyər itirib.

Qeyd edək ki, avro bir sıra Avropa ölkələrində vahid valyuta qismində 2002-ci il yanvarın 1-də dövriyyəyə buraxılıb.