RƏCƏB TAYYİB ƏRDOĞANLA VLADİMİR PUTİN GƏLƏN HƏFTƏ İRANDA GÖRÜŞƏCƏK

Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, səfər iyulun 19-da planlaşdırılıb.

Səfər çərçivəsində V.Putinin iranlı həmkarı İbrahim Rəisi ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.