MİLLİ MƏCLİS DAHA BİR ÖLKƏ İLƏ İŞÇİ QRUPU YARADIB

Milli Məclis Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıb.

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qanuna dəyişiklik edilib. Deputat Mahir Abbaszadənin Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupa rəhbər seçilməsi təklif edilib. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin 84 parlamentlərarası əlaqələr üzrə işçi qrupu olub.