CAHİT BAĞÇI: AZƏRBAYCAN ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNDƏ TÜRKİYƏYƏ DƏSTƏK OLUR

Türkiyə və Azərbaycan Şərqlə Qərbin ortasında yerləşən iki qardaş ölkədir və hər mənada münasibətləri inkişaf etdirirlər. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Diplomatiya həftəsi” çərçivəsində “Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu” haqqında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur. “Azərbaycan qaz xətlərini Türkiyə üzərindən keçirərək Avropaya çatdırılma edir”, – deyə səfir əlavə edib.