Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında ilk dəfə olaraq 35 idmançı arasında bürünc medal qazanıb.
Federasiyanın Mətbuat Xidmətinin rəhbəri Məqsəd Rəhimovun verdiyi məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə rəqiblərini qabaqlayaraq finişə üçüncü çatıb.