Böyük əraziyə və əhali sayına baxmayaraq Türk dövlətləri arasında ticarət dövriyyəsi çox aşağıdır.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”nun Xüsusi Sessiyasında deyib.
“Neft-qaz sektorunu saymasaq türk dövlətləri arasında ticarət dövriyyəsi cəmi 50 milyard dollardır. Biz bu rəqəmləri dəyişməliyik və bunu biznes mühitini genişləndirərək aradan qaldıra bilərik. Bu baxımdan belə tədbirlərin faydası olduqca böyükdür”, – deyə səfir vurğulayıb.