AZƏRBAYCAN VƏ MONQOLUSTAN TİCARƏT VƏ İQTİSADİ SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.