HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ LEYLA ƏLİYEVANIN TƏŞƏBBÜSÜ İLƏ UŞAQ EVLƏRİNİN VƏ SOSİAL XİDMƏT MÜƏSSİSƏSİNİN SAKİNLƏRİ ÜÇÜN NAHAR TƏŞKİL OLUNUB VƏ MÜXTƏLİF HƏDİYYƏLƏR VERİLİB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda və regionlarda uşaq evlərinin və Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün nahar süfrəsi və əyləncə təşkil olunub.

Fondun nümayəndələri uşaq evlərinin və sosial xidmət müəssisəsinin sakinlərinə müxtəlif hədiyyələr də çatdırıb.