Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatı (PUA) ilk dəfə olaraq PUA-dan lazer tuşlama komplektinin sınaq atışını həyata keçirilib.
Bu barədə “Baykar” şirkətindən bildiriblər.
Qeyd olunub ki, “LGK” mərmisi ilə ilk atış uğurla həyata keçirilib və şərti hədəf tam dəqiqliklə vurulub.
Xatırladaq ki, “Bayraktar Akıncı” zərbə PUA-ları ötən ilin avqustunda Türkiyə ordusuna təhvil verilib.