ABDOLREZA MESRİ: QOŞULMAMA HƏRƏKATINA ÜZV DÖVLƏTLƏR ARASINDA POTENSİALDAN DÜZGÜN İSTİFADƏ ETMƏLİYİK

Qoşulmama Hərəkatına üzv dövlətlər arasında ticarət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməli, bazar imkanlarını araşdırmalı və potensialdan düzgün istifadə etməliyik.

Bunu İran İslam Məşvərət Assambleyasının vitse-spikeri Abdolreza Mesri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

O qeyd edib ki, biz elə imkanlar yaratmalıyıq ki, digər dövlətlər bura müdaxilə edə bilməsinlər: “Biz ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməliyik”, – deyə o bildirib.