MUSTAFA ŞENTOP: AZƏRBAYCANIN SƏDRLİYİ DÖVRÜNDƏ QOŞULMAMA HƏRƏKATININ NÜFUZU ARTIB

Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı Konfransında iki gün keçirləcək iclaslar ölkələrimiz üçün əhəmiyyətli dəyişikliklərə yol açacaq.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu gün dünyada qlobal məsələlərdə qalıcı həll yollarının tapılması ədalətin bərpa edilməsi ilə mümkün olacaq.

“Pandemiya bizə çoxtərəfli münasibətlərin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Parlament diplomatikası qlobal problemlərin həllinə töhfə verə bilər. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artdığını gördük”, – deyə M.Şentop əlavə edib.

Qeyd edək ki, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.