BMT RƏSMİSİ: BMT VƏ AZƏRBAYCAN SU EHTİYATLARININ İDARƏ OLUNMASI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ETMƏLİDİR

BMT və Azərbaycan su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq etməlidir.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Zəngilanın Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

“Bu gün təmiz suya çıxış qlobal problemdir. BMT su ehtiyatlarının idarə olunması və dayanıqlı inkişaf sahəsində hədəflərə nail olmaqda Azərbaycana köməyini davam etdirəcək”, – deyə V.Andreyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqlim dəyişiklikləri və ölkəyə su ehtiyatlarının 70 faizinin digər ölkələrdən daxil olması ilə əlaqədar bu məsələ daha ciddi görünür.