İƏT ÖLKƏLƏRİNİN TURİZM NAZİRLƏRİNİN 11-Cİ SESSİYASINA AZƏRBAYCAN RƏHBƏRLİK EDƏCƏK

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasına rəhbərlik Azərbaycana keçib.

Tədbiri giriş sözü ilə 10-cu sessiyanın rəhbəri, Banqladeşin turizm naziri Mahbub Ali açıb.

O, çıxışından sonra indiki sessiyaya rəhbərliyi Azərbaycana – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə verib.