TÜRKİYƏNİN MƏŞHUR AKTYORU CÜNEYT ARKIN VƏFAT EDİB

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.

“TRT Haber”in məlumatına görə, aktyor 85 yaşında dünyasını dəyişib.

Qeyd edilib ki, dünən gecə saatlarında vəziyyəti pisləşən aktyor özəl xəstəxanaların birinə gətirilərək nəzarətə alınıb. Lakin 85 yaşlı aktyor burada dünyasını dəyişib.

Əsl adı Fəxrəddin Cürəklibatır olan C.Arkın 500-ə yaxın film və serialda rol alıb. Məşhur aktyor “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” səhnə adları ilə böyük populyarlıq qazanıb.