MUSİQİ SƏNƏTİ İSTİQAMƏTİ ÜZRƏ İMTAHAN VERƏCƏK ABİTURİYENTLƏR BURAXILIŞ VƏRƏQƏSİNİ ÇAP EDƏ BİLƏRLƏR

İyunun 30-da və iyulun 1-də imtahan verəcək və musiqi sənəti istiqamətinə aid instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, dirijorluq, xanəndəlik və musiqişünasliq (20, 21, 23, 25, 27 və 30-cu komissiyalar) komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Digər tarixlərdə keçiriləcək imtahanlarda iştirak üçün buraxılış vərəqələrinə dair məlumat veriləcək.

İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
– imtahana buraxılış vərəqəsi;
– şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Musiqi sənəti istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.