AZAD EDİLƏN ƏRAZİLƏRDƏ NƏQLİYYAT VASİTƏLƏRİ ÜÇÜN ELEKTRİK DOLDURMA MƏNTƏQƏLƏRİ QURAŞDIRILACAQ

İşğaldan azad edilən ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri yaradılacaq.

Bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2022- 2026-cü illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.