ƏFQANISTANDA ZƏLZƏLƏDƏN HƏLAK OLANLARIN SAYI MİN NƏFƏRƏ ÇATIB

Əfqanıstanda ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı min nəfərə çatıb.

Azı 1,5 min nəfər xəsarət alıb.

Ən çox itki və fəsadlar ölkənin cənub-şərqindəki Paktika və Host əyalətlərində qeydə alınıb.

Qeyd edək ki, ölkənin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.

Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.