
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, #maariflənək həştəqi altında “Sosial şəbəkələrdə saxta adlardan istifadə edən şəxslərlə” bağlı məlumat verilib.
Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunmasını davam etdirir.
