AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN DƏ İŞTİRAKI İLƏ “ANADOLU QARTALI 2022” TƏLİMLƏRİ BAŞLADI

Türkiyənin Konya vilayətində Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq “Anadolu qartalı 2022” təlimləri başlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

“Azərbaycan, Böyük Britaniya, İordaniya, Pakistan və Türkiyənin hava və dəniz qüvvələrinin, eləcə də NATO mənsublarının iştirakı ilə beynəlxalq “Anadolu qartalı 2022″ təlimləri Konyadakı 3-cü hərbi-hava bazasında start götürüb” – məlumatda deyilir.