TEZLİKLƏ ÇOXLU AİLƏLƏR AĞALI KƏNDİNDƏ ÖZ EVLƏRİNƏ QAYIDA BİLƏCƏKLƏR – XİN

Tezliklə çoxlu ailələr təxminən 30 il əvvəl Qarabağ və ətraf bölgələrdən didərgin düşdükdən sonra ilk dəfə Ağalı kəndində öz evlərinə qayıda biləcək.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.

“Bu, işğal dövründə öz evlərini itirmiş şəxslər üçün əlamətdar məqamdır və yaşayış məskənlərinin bərpasında ilk addımı ifadə edir”, – deyə o bildirib.