BİR QRUP BEYNƏLXALQ SƏYAHƏTÇİ AĞALI KƏNDİNDƏ OLUB

Bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub.

10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə tanış olublar.

Cəmi bir il ərzində Zəngilanda həyata keçirilən ilk pilot layihə haqqında məlumat verilib. Artıq 200 yaşayış binası tikilib, daha 150 yaşayış binasının tikintisinə başlanılması planlaşdırılır.

Səyahət edənlərə kənddə məktəb, uşaq bağçası, təcili yardım məntəqəsinin fəaliyyət göstərəcəyi, ASAN və DOST xidmətlərinin göstəriləcəyi, kiçik və orta sahibkarlığa dəstək göstəriləcəyi bildirilib. Sakinlərin yüksəksürətli internetə çıxışı təmin ediləcək.