AZƏRBAYCAN 1713 HƏRBÇİNİN QALIQLARINI, 159 ƏSİRİ ERMƏNİSTANA QAYTARIB

Humanizm prinsiplərini daim rəhbər tutan Azərbaycan Respublikası əldə olunmuş tarixi Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi qulluqçusunun qalıqlarını qaytarıb.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarıb.