AZƏRBAYCAN İLƏ LİTVA ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Litva Respublikası Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında ikitərəfli əməkdaşlıq danışıqları üzrə görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.