Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında finala yüksəlib.
Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektiv yarımfinalda Qazaxıstanı məğlubiyyətə uğradıb – 3:2.
Qazaxıstan millisi iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanov 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurublar. Oyunda son nöqtəni 32-ci dəqiqədə Samir Həmzəyev qoyub.
Millimizin finaldakı rəqibi Bolqarıstan – Rumıniya matçında bəlli olacaq.