ABŞ SƏFİRİ: ÜMİD EDİRƏM Kİ, AZƏRBAYCANDAN AVROPAYA QAZ TƏDARÜKÜNÜN ARTIRILMASI İLƏ BAĞLI TEXNİKİ MƏSƏLƏLƏR TEZLİKLƏ HƏLL OLUNACAQ

Ümid edirəm ki, Azərbaycandan Avropaya qaz tədarükünün artırılması ilə bağlı bütün texniki məsələlər tezliklə həll olunacaq.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger brifinq zamanı deyib.

“Avropaya qaz tədarükünün artırılmasında zərurət var. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün texniki problemlərin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır”, – səfir deyib.