
Kamerun Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Zati-aliləri, cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.
Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.
Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin”.
Tailandın Kralı Maha Vaçiralonqkorn da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram”.
