
Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) mütəxəssisləri, xüsusilə “Akıncı” zərbə pilotsuz uçuş aparatlarına inteqrasiyası planlaşdırılan “hava-hava” tipli raketlərin yaradılması layihəsini həyata keçirir.
TÜBİTAK-ın Müdafiə Sənayesi Tədqiqat İnstitutunun direktoru Gürcan Okumuş “Anadoluya” müsahibəsində yeni sursatların gələcəkdə digər PUA-lara da inteqrasiya oluna biləcəyini söyləyib.
Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində ciddi irəliləyişlər əldə edib və artıq əhəmiyyətli texnologiyalara malikdir.
Bəzi sahələrdə Türkiyə ilk 5-də, bəzilərində isə ilk onluğa daxildir, Okumuş vurğulayıb.
