ŞUŞADA ALTERNATİV ENERJİ SAHƏSİNDƏ SƏNƏDLƏR İMZALANIB

Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində “yaşıl” enerjinin potensialı və imkanları” adlı xüsusi sessiyada Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) BP arasında əməkdaşlıq sazişi imzalanıb.

Bu sənəd Azərbaycanda bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlığı və birgə layihələrin icrasını nəzərdə tutur.

Bundan başqa, SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Bu memorandum çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq planlaşdırılır.

Hər iki sənədin imzalanmasının məqsədi neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin birgə inkişafı sahəsində öncül texnologiyaların tətbiqidir.