LONDONDA KRALİÇA II ELİZABETİN HAKİMİYYƏTİNİN 70-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ PARAD KEÇİRİLİR

Londonda Böyük Britaniya kraliçası II Elizabetin hakimiyyətinin 70-ci ildönümü münasibətilə təntənəli parad keçirilir.

Paradda Britaniya Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən 1,5 mindən çox hərbçi və 400 musiqiçi iştirak edir.

Paradın gedişində 96 yaşlı kraliçanın insanları salamlayacağı gözlənilir.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet 1952-ci ildə, 25 yaşında hakimiyyətə gəlib. O, hazırda yaşayan monarxlar arasında ən uzun müddət hakimiyyətdə qalan kraliça hesab olunur.