RUSİYANIN DAHA BİR AVİAŞİRKƏTİ AZƏRBAYCANA UÇUŞLARA BAŞLAYIR

Rusiyanın “Severo-Zapad” (Şimal-Qərb) aviaşirkəti iyunun 6-dan etibarən Moskva vilayətinin Jukovski hava limanından Bakıya uçuşlar yerinə yetirəcək.

Uçuşlar həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.

Jukovskidən saat 16:00-da yola düşən təyyarə 21:35-də Bakıda eniş edəcək.