DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİNİN KƏLBƏCƏRƏ SƏFƏRİ BAŞLAYIB

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Kəlbəcərə səfəri başlayıb.

Məqsəd erməni işğalçıları tərəfindən törədilən dağıntıların nəticələri və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ilə tanış olmaqdır.

Səfərdə 50-dən çox ölkədən və 10 beynəlxalq təşkilatdan 80-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.

Xatırladaq ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə artıq doqquzuncu səfəridir.