PREZİDENT İLHAM ƏLİYEV İRAN PREZİDENTİNƏ BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.