
Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də “Teknofest” festivalında çıxışı zamanı deyib.
“Can Azərbaycan xalqına səmimi qonaqpərvərliyinə görə təşəkkür edirəm. Xəzərin incisi Bakıda “Bir millət, iki dövlət” şüarı ilə “Teknofest” festivalını gerçəkləşdiririk”, – deyə R.T.Ərdoğan bildirib.
