“TEKNOFEST AZƏRBAYCAN” FESTİVALININ PROQRAMINDA DƏYİŞİKLİK EDİLİB

28 may tarixi üzrə “TEKNOFEST Azərbaycan”a bilet əldə etmiş izləyicilərin nəzərinə: saat 20:30-dan sonra festivala daxil ola biləcəksiniz.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir ki, 28 may tarixi üzrə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının proqramında dəyişiklik edilib.

28 May – Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.

Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.