İRAQ LİDERİ PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

İraq Respublikasının Prezidenti Bərham Salehdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost xalqınıza və ölkənizə isə tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımızın tərəqqisi və rifahı naminə ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumuzu vurğulayıram”.