TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ TURİZM ÜZRƏ YOL XƏRİTƏSİ QƏBUL EDİLİB

Bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.

Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-nin baş katibi Bağdad Amreyev iştirak edib.

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı” təşəbbüsü ilə bağlı qaydalar təsdiq edilib və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul olunub.