İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMLARI ŞİRKƏTİNƏ BAŞ DİREKTOR SEÇİLİB

Audiovizual Şuranın inzibati binasında keçirilən seçkinin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilib.

Trend xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.