NİKOL PAŞİNYAN AZƏRBAYCANLA SƏRHƏDİN DELİMİTASİYASI ÜZRƏ KOMİSSİYANIN YARADILMASI BARƏDƏ FƏRMAN İMZALAYIB

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.
TASS xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Komissiyanın tərkibində nazirliklərin və digər strukturların nümayəndələri də yer alacaq.