CEYHUN BAYRAMOV VƏ SERGEY LAVROV ERMƏNİSTANLA SƏRHƏDİN DELİMİTASİYASINI MÜZAKİRƏ EDİB

23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, ikitərəfli gündəliyin aktual mövzularını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.