KİM ÇEN IN PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Indan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.