İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Azərbaycana keçib.
Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxışı zamanı bildirib ki, Milli Məclis öz sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərini göstərəcək.
O vurğulayıb ki, Azərbaycan İƏT PA çərçivəsində fəaliyyətə böyük önəm verir.
Qeyd edək ki, hazırda Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir.