
Çinin “Tibet Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Çunçin şəhərindəki hava limanında uçmağa hazırlaşarkən zolaqdan çıxıb və alışıb.
Çunçin hava limanı açıqlama verir ki, hadisə yerli vaxtla səhər saat 8:00 radələrində (Bakı vaxtı ilə 4:00) baş verib. Nyinqçi şəhərinə uçmalı olan “Airbus A319-100” tipli təyyarədəki 113 sərnişin və 9 heyət üzvü təxliyə edilib. Hadisə nəticəsində yüngül xəsarət alan 40-dan çox sərnişin xəstəxanalara yerləşdirilib.
Yanğın söndürülüb, hazırda təhqiqat aparılır.

