SƏFA MİRZƏYEV 2-Cİ DƏRƏCƏLİ “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF EDİLİB – SƏRƏNCAM

Prezident İlham Əliyev Səfa Abbas oğlu Mirzəyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.