RUSİYA AVİAŞİRKƏTİ BAKIYA BUGÜNKÜ REYSİ TƏXİRƏ SALIB

Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə reysi təxirə salıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata görə, təyyarə Bakıda mayın 11-də saat 03:20-də eniş etməli idi.

“Daşıyıcı Rusiya aviaşirkəti olduğu üçün reysin təxirə salınmasının səbəbi məlum deyil”, – hava limanından bildiriblər.

Qeyd edək ki, “Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları mayın 9-dan bərpa etmişdi.